Xəbər lenti

Ermənistanda iqtisadi böhran dərinləşir: ciddi sosial problemlər gözlənilir
Siyasət10:33 25.12.2021

Ermənistanda iqtisadi böhran dərinləşir: ciddi sosial problemlər gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Respublikası Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının qərarına əsasən, 2022-ci il fevralın 1-dən etibarən abonentlərə verilən elektrik enerjisinin tarifi 1,5-dən 5,5 drama qədər artırılacaq. Komissiyanın məlumatına görə, sistemdə aparılan təhlillər göstərib ki, 2022-ci il fevralın 1-dən Ermənistanda elektrik enerjisinin mövcud tarifləri saxlanılacağı təqdirdə 23,8 milyard dram maliyyə boşluğu yaranacaq.
Əsas amillər Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış sazişə əsasən, "Qazprom Ermənistan” və "Hrazdan-5” stansiyası qarşısında vergi öhdəliklərinin yerinə yetirilməsidir.
Belə ki, Ermənistanda indiki iqtisadi böhran müəyyən dərəcədə güclənəcək. Hazırda bir çox ölkələrdə elektrik enerjisi, yanacağın, ərzaq məhsullarının qiyməti qalxır. Belə olan halda, xüsusən də ən əlçatan elektrik enerjisi mənbəyi olan Metsamor AES-in bir blokunun uzun müddət təmirə dayandığını nəzərə alsaq, Ermənistanın elektrik enerjisinin bahalaşmasından qaça biləcəyini söyləmək çətindir. Digər tərəfdən, aydındır ki, 44 günlük müharibədən sonra Ermənistan "Artsax SES”in enerji təminatının bir hissəsini itirib və bu da Ermənistanın enerji imkanlarını xeyli azaldıb. Digər tərəfdən, qazın qiyməti 10 dəfə artıb, yenidən qalxacağı da gözləniləndir və eyni zamanda, yanacaqda da davamlı olaraq inflyasiya qeydə alınır.
Məlumdur ki, elektrik enerjinin tariflərində 5,5 dram artım olacaq. Bəs bu bahalaşma inflyasiyaya necə təsir edəcək, içməli su və digər malların bahalaşması nəzərə alınmaqla hansı ciddi sosial problemlər yaradacaq? Dərinləşən böhran sosial buma səbəb ola bilərmi?
Bəli, 2022-ci ildə Ermənistanda ciddi sosial problemlər mütləq olacaq, çünki əhalinin əhəmiyyətli hissəsinin gəlirləri, maaşları tələbatını ödəməyəcək, sosial vəziyyət daha da pisləşəcək, insanların həyat keyfiyyəti aşağı düşəcək. Əhalinin bir hissəsi üçün ödəmə qabiliyyəti problemləri mütləq yaranacaq. Ancaq bu bahalaşmaların fonunda Ermənistanda sosial partlayışın baş verəcəyini düşünmürəm, çünki bunun üçün siyasi ilkin şərtlər, motivlər lazımdır, ona həm də aparıcı qüvvə və ya qüvvələrin olmasının amilləri şərtdir. Lakin bu o demək deyil ki, ictimai narazılıqlar və iğtişaşlar olmayacaq, Ermənistanda bu, məcburi olacaq. Nəzərə alsaq ki, bu gün artıq Ermənistanda yoxsulluğun səviyyəsi təbii olaraq artmaqdadır və hal-hazırda ərzaq 16,7%, ümumi inflyasiya isə 6,9% təşkil edir. Belə olan halda Ermənistan hakimiyyətinin böhranın dərinləşməsinin qarşısını necə almasının həlli yollarını tapmaqdan başqa yolu yoxdur.
Telman Qasımov