Müğənni, eyni zamanda siyasətçi Mher Armenian iki gündür ki, Nikol Paşinyanın istefasını tələb edərək İrəvanda Matenadaranın yaxınlığında aclıq aksiyası keçirir.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı erməni mətbuatı yayıb.
Mətbuat yazır ki, müğənni M.Armenian Nikol Paşinyanın istefa verəcəyinə əmindir və məhz bu inamla aclıq aksiyası elan edib.
Yeri gəlmişkən, Paşinyanın istefası tələbi ilə aclıq aksiyası keçirən yeganə Mher Armenian deyil. 2020-ci ilin noyabr-dekabr aylarında "Ermənistan Milli Qvardiyası” İctimai Birliyin rəhbəri Arşak Zakaryan Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb etmək üçün aclıq aksiyasına başlamışdı. Bundan başqa, "Daşnaksütyun” partiyasının üzvü Qeğam Manukyan da Paşinyanın istefasını tələb edərək aclıq aksiyası keçirmişdi. Bütün ermənilərin katolikosunun hökumət binası qarşısında aclıq aksiyası keçirənlərə baş çəkməsindən sonra, 9-cu gündə aclıq aksiyası dayandırılmışdı.
İndi isə Ermənistanda siyasi motivlərlə aclıq aksiyalarıyla bağlı statistikanı təqdim edək.
Ən uzun sürən siyasi aclıq aksiyasını prezidentliyə namizəd Andreas Qukasyan həyata keçirib. Bütün 2013-cü il kampaniyası ərzində Qukasyan Milli Elmlər Akademiyasının qarşısında "Saxta seçkilərə son” şüarı ilə təxminən 30 gün aclıq edib. 18-ci seçkidə o, 8328 səs və ya 0,57% səs toplayıb.
Qukasyan 2016-cı ildə İrəvanda Sari-Tağ yaşayəş hissəsində kütləvi iğtişaşlar təşkil etməkdə və ona qarşı ədalətsiz rəftara etiraz etməkdə ittiham olunanda ikinci dəfə aclıq aksiyasına başlayıb, sonra isə aclıq aksiyası bir ay davam edib.
"İrs” partiyasının keçmiş lideri Raffi Hovannisyan da tanınmış "aclıq aksiyası keçirən” olub. İlk ictimai aclıq aksiyasını 2011-ci ildə elan edib. Martın 15-də başlanan aksiya 14 gün davam edib. O, hökumətin siyasətinə etiraz olaraq aclıq aksiyası keçirib. Raffi Hovannisyan Ermənistan prezidentini istefaya çağırıb və deyib ki, xalq "azadlıq və ədalət uğrunda” birləşməlidir. Bundan sonra Hovhannisyan martın 30-da aclıq aksiyasına son qoyub və ertəsi gün Şuşada qızının ad gününü ailə şəraitində qeyd etmək üçün evə gedəcəyini bildirib.
2013-cü il martın 10-da Raffi Hovanisyan prezident seçkilərinin nəticələrini mübahisələndirərək Azadlıq meydanında keçirdiyi mitinqdən sonra aclıq aksiyasına başlayıb. O, 21 gün sonra aclığı dayandırıb.
Digər tanınmış aclıq aksiyası keçirən isə "Milli Öz Müqəddəratını təyinetmə Birliyi”nin sədri Paruyr Hayrikyandır. 2013-cü ildə o, Milli Elmlər Akademiyasında "Seçki rüşvətinə yox” şüarı ilə üç günlük quru aclıq aksiyasında Andreas Qukasyana qoşulub. 2014-cü il sentyabrın 7-də "Milli Öz Müqəddəratını təyinetmə Birliyi” partiyasının lideri Paruyr Ayrikyan prezident Serj Sarkisyanın istefası tələbi ilə aclıq aksiyasına başlayıb, sentyabrın 13-də aclığı dayandırıb.
2017-ci il noyabrın 20-də "Milli Öz Müqəddəratını təyinetmə Birliyi”nin lideri Paruyr Hayrikyan ona rəsmi məktub verməkdən imtina etdiyi üçün Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə etiraz edərək, konstitusiya dəyişikliklərinə başlamaq tələbi ilə Mərkəzi Seçki Komissiyasının binası qarşısında aclıq aksiyası keçirib. Daha sonra "Ermənistan Demokratik Partiyası”nın lideri Aram Sarkisyan da Ayrikyanın aclıq aksiyasına qoşulub, noyabrın 24-də onlar aclığı dayandırıblar.
Bütün bu hallarda siyasətçilərin tələbləri yerinə yetirilməyib, heç bir məmur istefaya getməyib, heç nə dəyişməyib və ermənistanda bu günə qədər siyasi aclıq aksiyaları aclıq edənə dəyən zərərdən başqa ictimai həyatda heç bir dəyişiklik etməyib.
Telman