Xəbər lenti

Ermənistanda vətəndaş müharibəsinin astanasında (ŞƏRH)
Siyasət08:42 08.06.2021

Ermənistanda vətəndaş müharibəsinin astanasında (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu proses Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxara bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı iyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkisinin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, bu seçkidə əsas mübarizənin Paşinyan və Koçaryan arasında olacağı gözlənilir:
"Seçki prosesindən söhbət gedirsə, böyük ehtimalla Paşinyan qalib gələcək. Amma söhbət siyasi prosesdən gedirsə, Koçaryanın arxasında Rusiya, Putin və onun resursları dayanıb... Hətta düşünürəm ki, Koçaryan proqnozlaşdırılandan bir az daha çox səs toplaya bilsə, Paşinyan isə gözləniləndən bir az səs toplasa, dövlət çevrilişinə cəhd belə olunacaq. Dövlət çevrilişinə cəhdin nəticəsini proqnozlaşdırmaq mümkün deyil. 
Proses çox həssasdır. Rusiya bu dəfə də Paşinyanın hakimiyyətdən getməsi üçün hər şey edəcək. Bildiyimiz kimi, Rusiyanın hərbi bazası Ermənistan ərazisində yerləşir. Onlardan da hər hansı bir şəkildə istifadə edilməyə çalışılacaq". 
Azər Qasımlı qeyd edib ki, Ermənistan hakimiyyətinin içində də müəyyən təsir agentləri və güc strukturlarında Rusiyaya bağlı adamlar var:
"Paşinyan dönəmində bunları təmizləməyə çalışdılar. Düşünürəm ki, hamını təmizləyə bilməyiblər". 
Bahar Rüstəmli