Xəbər lenti

Ermənistandakı iclasda Azərbaycan da iştirak edəcək
Siyasət08:16 06.09.2013

Ermənistandakı iclasda Azərbaycan da iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Ermənistanda keçiriləcək iclasında iştirak etmək məsələsini nəzərdən keçirir.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya bildirib ki, bu iclas “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti öncəsində son toplantı olacaq: “Ona görə də, sammitə hazırlıqla əlaqədar bu toplantıda iştirakımız mümkündür”.   

Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan paytaxtında “Şərq tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Elə həmin günlərdə İrəvanda “Şərq tərəfdaşlığı” ölkələri təhsil nazirlərinin də qeyri-rəsmi yığıncağı olacaq.

Qaynar.info