XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)
Ekonomiks18:00 07.09.2026

Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)

Son günlər Azərbaycanın Ermənistandan idxal həyata keçirməsi ilə bağlı məlumatlar yayılır.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu barədə danışsa da, əməliyyatın detallarını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan 2025-ci ildən başlayaraq bu ölkəyə ixrac həyata keçirir. 2025-ci ildə ixracın dəyəri 788.8 min dollar, 2026-cı ilin yanvar-iyul aylarında isə 17 milyon 372.1 min dollar təşkil edib. İxrac əsasən yanacaq məhsullarından ibarət olub.

Bəs Ermənistan iqtisadiyyatının, o cümlədən ixracının strukturu Azərbaycana bu ölkədən əhəmiyyətli həcmdə idxal həyata keçirməyə imkan verir?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırkı mərhələdə Ermənistandan Azərbaycana daha çox sənaye xarakterli məhsulların idxalı mümkündür.

O bildirib ki, gələcəkdə iki ölkə arasında ərzaq və gündəlik istehlak məhsullarının da alqı-satqısı mümkün ola bilər.