Xəbər lenti

Ermənistandan didərgin salınan azərbaycanlılar öz evlərinə qayıda bilər
Siyasət12:18 29.12.2021

Ermənistandan didərgin salınan azərbaycanlılar öz evlərinə qayıda bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hansısa mərhələdə Ermənistandan didərgin salınan azərbaycanlılar öz evlərinə qayıda bilər, amma bu, yaxın gələcəkdə baş verməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra, azərbaycanlıların Qarabağa qayıdacağı, sonradan azərbaycanlıların hətta Ermənistana da yerləşməyə başlayacağı, ancaq Bakı və Sumqayıtdan olan ermənilərin geri qayıtmayacaqları barədə proqnozuna münasibət bildirərkən deyib: 
"Azərbayan Konstitusiyasını qəbul edən ermənilər Qarabağda yaşaya bilər. Bu da ona əsas verir ki, keçən əsrin 80-ci illərinin sonlarında Ermənistandan qovulan Azərbaycan əsilli insanlar da hansısa mərhələdə, Ermənistanda təhlükəsizlik və insan haqları baxımından lazımi şərait yaradılarsa, öz doğma el-obalarına qayıtmağı qət edə bilərlər. Ancaq təbii ki, bu, yaxın gələcəkdə baş verən məsələ deyil”. 
Sabiq nazir onu da vurğuladı ki, ermənilərin Bakı və Sumqayıta qayıtması ehtimalı isə məhz demoqrafik proseslə bağlı olaraq azdır:
"İkincisi, iki ölkəni müqayisə edəndə demoqrafik proseslərin tam fərqli olduğunu görərik. Müstəqillik dövründə Azərbaycanın əhalisi 40 faiz artıb. Ermənistanın əhalisi isə rəsmi olaraq 12 faiz azalıb. Ancaq bu rəqəm də həqiqəti əks etdirmir. Orada əhalinin sayı az qala iki dəfəyə qədər azalıb. Bu baxımdan da ermənilərin Bakı, Sumqayıt kimi şəhərlərə qayıtması imkanları da çox azdır. Bu da əsas siyasi vəziyyətlə deyil, yuxarıda qeyd etdiyim demoqrafik proseslərlə bağlıdır”. 
Rüfət Sultan