"Danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanmayacaq".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işçi sənədlərin hamısında belə bir maddə var ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir.
ANS PRESS-in məlumatına görə, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan parlamentdə çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil.
“Danışıqların bərpası üçün şərait yaradılmalıdır. Əgər şərait yaradılarsa, monitorinqlərin mümkünlüyü təmin edilərsə, danışıqlara başlamaq başlamaq olar. İndi məhz bu istiqamətdə səylər davam etdirilir. Mümkündür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü zamanı Vyana görüşündə əldə olunan razılıqların tam şəkildə həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etsinlər. Bu, danışıqların növbəti mərhələsi üçün yolu aça bilər”, - Nalbəndyan deyib.
Qaynarinfo.az