Tehranda səfərdə olan Ermənistan parlamentinin sədri sədri Alan Simonyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Qaynarinfo bu barədə "Təsnim" agentliyinə istinadən
xəbər verir.
Görüşdə Əmir Abdullahian Ermənistanı İran İslam Respublikasının mühüm qonşusu adlandırıb və iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrə işarə edərək, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və iki ölkənin müxtəlif imkanlarından yararlanmağın vacibliyini vurğulayıb.
Əmir Abdullahian həmçinin bildirib ki, Qafqazda sülh və sabitliyin bərqərar olması İran İslam Respublikasının prioritetlərindən biri olub və bu istiqamətdə keçmişdə olduğu kimi, indi də yardım göstərməkdən çəkinməyəcək. O əlavə edib ki, İran hər zaman Ermənistan və Azərbaycan arasında mübahisələri həll etmək istiqamətində dəstəyə hazırdır.
XİN başçısı həmçinin 3+3 formatında danışıqların ikinci mərhələsinin yaxın vaxtlarda İranda keçirilməsinə ümid etdiyini bildirib.
Ermənistan parlamentinin sədri Alan Simonyan də iki ölkə arasında əlaqələrin ikitərəfli səviyyədə və beynəlxalq forumlarda inkişafından məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının Ermənistan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Parlament sədri ölkəsinin regionda sülh istədiyini deyib və "İranın Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına kömək etməsini" istədiyini bildirib.
O, həmçinin İranın Zəngəzurda Baş konsulluğunun açılmasını iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi adlandırıb və Ermənistanın Təbrizdə Baş konsulluğunu açmağa hazır olduğunu bəyan edib.
Təbrizdə Ermənistan konsulluğunun açılması tələbinə gəlincə, ekspertlər Təbrizin Azərbaycan və şiə şəhəri olduğunu nəzərə alaraq, 30 ildir Azərbaycan topraqlarının işğal altında saxlayan Ermənistanın belə bir xahişini qeyri-mümkün, məntiqsiz hesab edirlər.
M.Arif