Xəbər lenti

Ermənistanın Baş Prokurorluğu Paşinyanın cinayəti haqqında məlumat aldı
Siyasət15:41 24.03.2021

Ermənistanın Baş Prokurorluğu Paşinyanın cinayəti haqqında məlumat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Baş Prokurorluğu Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Onik Qasparyan tərəfindən cinayət faktı barədə məlumat alıb.
"Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.
"Armlur.am” baş nazir Nikol Paşinyanın və müdafiə naziri Vaqarşak Arutyunyanın Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə qadağan edilmiş hərəkətlərini sübut edən sənədi dərc edib. Onik Qasparyan sənəddə Paşinyanın və Xaçatryanın cinayətlərini qeyd edib.