Ermənistanın
Gəncə və Mingəçevir şəhərlərinə qarşı həyata keçirdiyi raket hücumlarına Türkiyənin
bir sıra dövlət və müxalifət liderlərindən sərt reaksiyalar gəlib.
Qaynarinfo
həmin reaksiyaları təqdim edir:
Vitse-prezident Fuat Oktay Ermənistanın hücumlarına bu sözlərlə reaksiya verib:
"Hərbi
cinayətlər törətmiş terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə qadın, uşaq,
qoca demədən günahsız mülki insanları bir daha vuraraq çirkli üzünü yenidən göstərdi.
Bunun adı xəyanət, qorxaqlıq, qanunsuzluqdur. Hər məsələdə söz sahibi olan ölkələrin
və beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə susması
maraqlıdır. Heç bir insanlıq cinayəti cəzasız qalmaz. Daha güclü şəkildə Can Azərbaycanın
yanında olmağa davam edəcəyik”.
Prezidentin
sözçüsü İbrahim Kalın Ermənistanın Azərbaycanda mülki vətəndaşlara qarşı
hücumları ilə əlaqədar olaraq "Ermənistan elan edilən atəşkəsə baxmayaraq,
müharibə cinayətləri törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı və mülki şəxs
demədən insanlıq cinayətləri törədir. Bu qanunsuzluq və qətliamlar cavabsız
qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır",
- deyə qeyd edib.
Ədliyyə
naziri Əbdülhəmid Gül Ermənistanın terrorçui dövlət olduğunu vurğulayıb:
"Ermənistan
bir daha terrorçu dövlət olduğunu göstərdi, mülki insanlara hücum etdi və
insanlığa qarşı cinayət törətdi. Mən bu alçaqlığı lənətləyirəm. Biz hər zaman
azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Azərbaycan heç vaxt tək qalmayacaq".
Ailə,
Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq hücumla bağlı deyib:
"Ermənistanın
günahsız mülki vətəndaşlara qarşı qəddar hücumunu kəskin şəkildə qınayırıq. Gəncədə
törədilən insanlığa qarşı cinayətlər gözardı edilə bilməz. Hər zaman qardaş Azərbaycanın
yanındayıq".
AKP sözçüsü Ömər Çelik Tvitterdə Ermənistanı quldur dövlət adlandırıb:
"Ermənistan
və dəstəkçiləri hətta müharibə qanunlarına tabe olmayan bir qətliam şəbəkəsi
kimi hərəkət edirlər. Bu hücumlar və qətliamlar cəzasız qalmayacaq. Ermənistan
bəşəriyyətə qarşı cinayətlər törətməkdə günahkardır. Ermənistan insanlıq və
qanun adına məhkum edilməlidir. Ermənistan quldur bir dövlət olaraq mülki
insanları öldürür. Vəhşi qırğınlar həyata keçirir. Qatillər və onların tərəfdarları
hüququ pozurlar. Gəncəyə qarşı hücumlar insanlığa qarşı cinayətdir”.
Türkiyənin
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Gəncəyə olunan
raket hücumu ilə bağlı yazıb:
"Azərbaycanın
Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri
törədən Ermənistanı qətiyyətlə pisləyirəm. Qardaş Azərbaycan xalqına keçmiş
olsun və bir daha təkrar edirəm ki, haqlı işlərində onların yanındayıq".
Daxili
İşlər nazirinin müavini İsmail Çataklı Azərbaycana edilən raket hücumu ilə əlaqədar
olaraq hesab gününün gələcəyinə inandığını qeyd edib:
"Can
Azərbaycanın yanındayıq. Ermənistan Gəncədəki mülki şəxslərə qəhbəcəsinə hücum
edib. Alçaq Ermənistanı da, onların arxasında dayanan insan şəklində şeytanları
da unutmayacağıq. Əvvəl-axır hesab günü gələcək. O gün kimlərsə gizlənmək üçün
siçan deşiyi axtaracaq".
Türkiyə
Müdafiə Sənayesi qurumunun prezidenti İsmayıl Dəmir Ermənistanın hücumlarına
sosial media hesabından reaksiya verib:
"Ermənistan
bir daha mülki insanları hədəf alaraq insanlığa qarşı cinayət törətdi. Mən bu
çirkin hücumu qınayıram. Biz azərbaycanlı qardaşlarımızın yanındayıq və onları
tək qoymayacağıq”.
Alpər
Şərhlər