Xəbər lenti

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
Siyasət15:53 26.10.2023

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili erməni KİV-lərinin yaydığı materiallarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Erməni diplomatın diqqətinə Rusiya rəhbərliyinin, diplomatlarının və erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atan, hətta qurban verən sülhməramlıların ünvanına erməni KİV-lərində qərəzli materiallar yayımlandığı çatdırılıb”, - deyə o, bildirib.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın informasiya məkanında Rusiya əleyhinə kampaniyanın qəbuledilməz olduğunu vurğulayıb.