Xəbər lenti

Ermənistanın Qarabağ müharibəsində itkilərinin sayı yenidən artdı (VİDEO)
Siyasət05:07 05.01.2021

Ermənistanın Qarabağ müharibəsində itkilərinin sayı yenidən artdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə səhiyyə naziri Arsen Torosyan sosial şəbəkədəki hesabında bildirib.
Onun sözlərinə görə, müharibədə 3 360 hərbi qulluqçu həlak olub. Bundan əlavə 2 500-dən çox məhkəmə-tibbi ekspertiza keçirilib.
Bütün bunlar Ermənistanın Qarabağ müharibəsindəki itkilərinin sayının durmadan artdığını göstərir. Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.
Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər.
<iframe width="683" height="384" src="https://www.youtube.com/embed/i-OIeJjf8hQ" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">