Xəbər lenti

Ermənistanla Rusiyanın yeni müdafiə sistemi Azərbaycana nə vəd edir?
Siyasət09:47 30.06.2016

Ermənistanla Rusiyanın yeni müdafiə sistemi Azərbaycana nə vəd edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda Rusiya ilə vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması haqda müqaviləni təsdiqlənib. Azərbaycanla Ermənistan arasında danışıqların getdiyi bir zamanda bu sistemin yaradılması ölkəmizə necə təsir edəcək?
Mövzu ilə bağlı Qaynarinfo.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan ordusu hansısa bir əməliyyata başlasa, bu Ermənistan ərazisində deyil, bizə məxsus olan Dağlıq Qarabağda aparacaq: "Ermənistanla Rusiya arasında vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması, onların vahid hərbi qurum yaratmağın nəticəsi hesab oluna bilər. 
Bu sistemin yaradılmasının Azərbaycan və Ermənistan arasındakı danışıqlara heç bir təsiri yoxdu. Bu sistem yalnız Ermənistan və Rusiyanın hava məkanından özlərini qorumaq üçün atdığı addımdır. Onların birgə hərbi-siyasi müqavilələrinə əsaslanır. Bunun Azərbaycana mənfi təsir edəcəyini düşünmürəm".
Qeyd edək ki, Ermənistan parlamenti növbədənkənar iclasında Rusiya ilə vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqda müqaviləni təsdiqləyib. İnformasiyaya görə, Ermənistanın hava məkanında yaradılacaq bu sistemlə bağlı sənədin lehinə 102 deputat səs verib. Ermənistan parlamentinin 131 üzvü var.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az