Xəbər lenti

Ermənistanla sərhəddə təhlükəsiz zona yaratmaq nə üçün lazımdır? (ŞƏRH)
Siyasət10:14 17.09.2022

Ermənistanla sərhəddə təhlükəsiz zona yaratmaq nə üçün lazımdır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dünən keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov maraqlı təkliflə çıxış edib. O, Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zonanın yaradılmasını təklif edib. 
Deputatın sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: "Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.
Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: "Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov təhlükəsizlik zonasının yaradılmasının zərurət olduğunu deyir: 
"Azərbaycan sərhədin qorunmasını Sərhəd Qoşunlarına həvalə edib. Bu da ondan xəbər verir ki, Azərbaycan orada ağır silahlar saxlamır, yəni müharibəyə hazırlaşmırıq. Ermənistan isə sərhəddə ordu birləşmələrini yerləşdirir. İrəvan mina xəritələrini Azərbaycana vermir, bu azmış kimi o biri ərazilərimizi də minalamağa başlayırlar. Qərb də riyakarcasına buna əl çalır. Bu mənada Milli Məclisin komitə sədrinin sərhəddə təhlükəsizlik zonasının yaradılması təklifi aktual təklifdir. Azərbaycan artıq bu istiqamətdə addım atmağa məcburdur. İrəvanın Qərbdən yeni silahlar almağa çalışması ondan xəbər verir ki, Ermənistan silahlanma yolunu tutur. Belədə açıq-aşkar bildirirlər ki, müharibəyə hazırlaşırlar. Azərbaycan bu vəziyyətdə durub baxmalıdır? Əlbəttə ki, yox. Ona görə də təhlükəsizlik zolağının yaranması artıq zərurətə çevrilir”. 
Ekspert bildirir ki, dəlisov qonşu müharibəyə hazırlaşırsa, onda onların bu oyununun bəzi komponentlərini düşmənin öz sahəsinə keçirməliyik:
"Bu təhlükəsizlik zonasında hər hansı bir xarici qoşun yerləşməyəcək. Onlara ehtiyac yoxdur. Azərbaycan özü bu prosesi həll edə bilər”.
Rüfət Sultan