Xəbər lenti

Ermənistanla sülh müqaviləsinin mətni hansı prinsip əsasında hazırlanacaq?
Siyasət07:08 01.09.2022

Ermənistanla sülh müqaviləsinin mətni hansı prinsip əsasında hazırlanacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur. Postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər qətiyyət tələb edirdi: Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən işgüzar səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu nəticələr məğlub olmasına baxmayaraq, sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edilib:
"Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı. Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlayır”.
Hikmət Babaoğlu əlavə edib ki, iki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar:
"Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu, yaxud ümumiyyətlə, Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür və danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı (Aİ) və xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var”.
Deputat hesab edir ki, qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevirilməsi üçün ilkin şərtlər artıq mövcuddur.
Bahar Rüstəmli