Xəbər lenti

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Qiymətlər
Ekonomiks 15:20 23.03.2025

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Qiymətlər

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 414 milyon 765 min dollarlıq yeyinti məhsulları idxal edib. 

Valyuta.az rəsmi statistik göstəricilərə əsasən xəbər verir ki, dəyəri 65,9 milyon dollar olan 88 min ton meyvə-tərəvəz, 40,5 milyon dollar dəyərində isə 187,6 min ton buğda idxal olunub. 

Belə ki, idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,27 manat, buğdanın 1 kiloqramının gömrük dəyəri isə 38 qəpik hesablanıb. 

Bundan başqa Azərbaycana başqa məhsullar da idxal olunub. 1 kiloqramlıq dəyər ifadəsi ilə 3,6 manat olan ət, 10,4 manat olan çay,11,7 manat olan kərə yağı, 2,6 manat olan bitki yağları və.s kimi məhsullar idxal olunub.





Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->