Əsassız olaraq işdən çıxarıldıqlarını iddia edirlər (VİDEO)
Şəmkirin Kür qəsəbəsindəki Mənzil Kommunal Sahəsində aparılan struktur islahatı bir neçə nəfərin işsiz qalması ilə nəticələnib.
İşini itirən şəxslər deyirlər ki, müəssisənin ləğvi əsas gətirilərək onlardan işdənçıxma ərizəsi alınıb.
Şikayətçilərin iddialarına görə onlara vəd verilib ki, müəssisə Şəmkir Kommunal Müəssisələr Kombinatına birləşdirildikdən sonra yen işlə təmin olunacaqlar. Ancaq sonra bu vəddən müxtəlif bəhanələrlə imtina edilib.
Məsələ ilə əlaqədar Şəmkir Kommunal Müəssisələr Kombinatına müraciət etdik. Təşkilatdan "Xəzər Xəbərə" bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq strukturda optimallaşdırma işləri aparılması ilə əlaqədar Kür qəsəbə Mənzil Kommunal Sahəsi ləğv edilib.
Qurumun əmək müqaviləsinə xitam verilmiş keçmiş işçilərinin hər birinə qəsəbə ərazisində alternativ iş təklif edilib. Lakin, onlar təklif olunan işdən imtina edib və bu, müvafiq aktla rəsmiləşdirilib. Bəzi şəxslər isə təklifləri qəbul edərək yeni işlərlə təmin olunublar.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər