Qarabağın Əsgəran rayonunun Aygistan kənd sakini azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü qondarma Qarabağın "Milli Təhlükəsizlik Xidməti” məlumat yayıb.
1971-ci il təvəllüdlü Armen Abrikoviç Verdyanın itkin düşməsi ilə bağlı xəbər MTX-ya saat 07:30-da daxil olub.
Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər zamanı məlum olub ki, vətəndaş Naxçıvanik və Uxtasar qəsəbələri ərazisində azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.
Rusiya sülhməramlılarına insident barədə məlumat verilib və onun təhlükəsizliyi təmin edilib. Hazırda Armen Verdyanın Ermənistan tərəfinə keçməsi ilə bağlı danışıqlar aparılır.
Alpər