Xəbər lenti

Əsgərliyə çağırış qaydaları dəyişdi
Ölkə06:35 07.10.2013

Əsgərliyə çağırış qaydaları dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişikliklər edib
 
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək.
 
Üç ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.
 
Bu qərar stomatoloq, dermato veneroloq, psixoloq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda qəbul edilir.

Qaynar.info