Xəbər lenti

“Eşref Rüya” final edir
Maqazin23:55 15.05.2026

“Eşref Rüya” final edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kanal D”nin reytinqli layihələrindən olan, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin paylaşdığı "Eşref Rüya” serialı ekranlara vida etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı ekran işinin istehsalçısı "TİMS&B Productions” yayıb.
Şirkət serialın 3 bölüm sonra final edəcəyini açıqlayaraq layihədə əməyi keçən bütün heyətə və izləyicilərə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan iddialara görə, ssenaridə edilən son dəyişikliklər layihənin reytinqlərinə mənfi təsir göstərib. Məhz reytinq göstəricilərindəki geriləmə səbəbindən ekran işinin erkən final qərarı aldığı vurğulanır.