Estoniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) gələn il sədrliyinə qarşı çıxan Rusiyaya tabe olmaq niyyətində deyil.
Qaynarinfo ERR-ə istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsakna deyib https://rus.err.ee/1608992146/cahkna-jestonija-ne-poddastsja-davleniju-rossii-v-obse .
"Rusiya onlara kimin uyğun olduğunu diktə edə bilir deyənə biz sədr olmaq imkanımızdan əl çəkməyəcəyik”, - Tsakna deyib.
Onun sözlərinə görə, Rusiya təkcə Estoniya ilə deyil, həm də demokratik prinsiplər əsasında qurulmuş və müxtəlif üzv dövlətlərin maraqlarının nəzərə alındığı müxtəlif beynəlxalq təşkilatların fəaliyyətinə mane olmaq istəyir.
"Moskva Rusiyanın təcavüzü ilə mübarizə aparacaq və ona qiymət verəcək bu fəaliyyətə mane olmaq istəyir. Bu, tamamilə başa düşüləndir, lakin qəbuledilməzdir və biz bu təzyiqə boyun əyməyəcəyik", - nazir bildirib.
Qeyd olunur ki, Estoniya artıq 2021-ci ildə ATƏT-in sədrliyinə namizədliyini təqdim edib, lakin yeni sədrin namizədliyini təsdiqləmək üçün konsensusun əldə olunmasına ehtiyac olduğundan Rusiya və Belarus fürsətdən istifadə edərək buna mane olublar.
"Hamı başa düşür ki, məsələ Estoniyada deyil, Rusiyanın davranışındadır. Görək bundan sonra nə olacaq. Gələn ilə qədər hələ vaxt var və müzakirələr davam edir", - Tsakna bildirib.
Nizami Bağırov
Şərhlər