Xəbər lenti

Etibar Əliyev seçicilərinin daha bir problemini həll etdi (FOTO)
Siyasət13:15 18.06.2020

Etibar Əliyev seçicilərinin daha bir problemini həll etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Milli Məclisinin 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən seçilmiş deputatı Etibar Əliyev seçicilərinin daha bir problemini həll edib.
Qaynarinfo xəbər verir ki, Qaraçuxur qəsəbəsi məhəllə40/48 2-ci binanın sakinləri binanın zirzəmisindəki kanalizasiya xətlərinin sıradan çıxması, nəticədə xoşagəlməz durum yaranması barədə millət vəkilinə məlumat veriblər.
Deputat dərhal məsələyə müdaxilə edib və sıradan çıxmış kanalizasiya xətləri yenisi ilə əvəz olunub. Bina sakinlərindən olan Pərvin Əsgərov özünün facebook sosial şəbəkəsində Etibar Əliyevə bu formada təşəkkür edib:
"Çox hörmətli, həmişə sakinlərin köməyinə çatan 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən seçdiyimiz millət vəkili Etibar Əliyev. Dəfələrlə yerli icra orqanına müraciət etməyimə baxmayaraq, yaranmış problem həll olunmamış qalırdı. Problemlə əlaqədar sizə müraciət etdiyimin səhəri günü, yəni 18.06.2020-ci il tarixində problem öz həllini tapdı. Dövlətin sizin kimi xalqın içində olan, onların problemlərini həll edən, Vətənini, millətini sevən dövlət məmurlarına ehtiyacı var. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi məhəllə 40/48 ev 2 sakinləri adından sizə təşəkkür edirəm”.
Qeyd edək ki, Etibar Əliyev seçicilərini narahat edən problemlərlə mütəmadi olaraq maraqlanır və həlli istiqamətində çalışır.