Xəbər lenti

Sənət 13:02 04.04.2024

“Eurovision” şərhçimiz bəlli oldu

"Eurovision 2024”​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhiçisinin kimliyi açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı "Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?