Xəbər lenti

Evakuatordan oğurluq edən şəxsə 2 ay həbs cəzası
Ölkə12:59 02.04.2025

Evakuatordan oğurluq edən şəxsə 2 ay həbs cəzası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "156" evakuator xidmətinə məxsus "İsuzu" markalı evakuator avtomobilindən oğurluq edən şəxs həbs olunub. 
Qaynarinfo-nun məlumatına görə, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Elit" Ticarət Mərkəzinin qarşısında F.Akif oğlunun idarə etdiyi "İsuzu" markalı evakuator avtomobilinin salonundan bir ədəd "Xiaomi 12 Pro" markalı mobil telefonu oğurlanıb. 
Həmin nəqliyyat vasitəsinə quraşdırılmış video registrator vasitəsi ilə oğurluğu törədən 1980-ci il təvəllüdlü G.H saxlanıb.  Məhkəmənin qərarı ilə G.H. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 2 ay müddətinə həbs edilib. 
Aydın