Xəbər lenti

Əvəz Zeynallı üçün prezidentə müraciət edildi
Ölkə11:54 11.03.2013

Əvəz Zeynallı üçün prezidentə müraciət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətilə bağlı başlanan imza toplanışının yekunları açıqlanıb.

Modern.az-ın məlumatına görə, Əvəz Zeynallının azadlığı buraxılması üçün  artıq prezident İlham Əliyevə müraciət edilib.

Qeyd edək ki, imza toplama kampaniyası 5 ay müddətində davam edib. Brifinqdə kampaniyanın nəticələri açıqlandıqdan sonra sənəd Prezident İlham Əliyevə və hazırda Ə.Zeynallının işi  ilə bağlı araşdırma aparan və jurnalist barəsində hökm çıxarmağa hazırlaşan BACM-nin hakimlərinə göndəriləcək.

Xatırladaq ki, Ə. Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G. Əhmədova redaktor tərəfindən şantaja məruz  qaldığını, Əvəz Zeynallının ondan pul tələb etdiyini bildirib.

Onun ərizəsi əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü  (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.

Qaynar.info