Xəbər lenti

Əvvəl qohumunu, sonra özünü güllələdi - Sabirabadda dəhşət
Ölkə06:39 11.07.2015

Əvvəl qohumunu, sonra özünü güllələdi - Sabirabadda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabadda dəhşətli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.
Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qaynar.info