Xəbər lenti

Sənət 16:46 12.02.2023

Eyyub Yaqubov konsertini təxirə saldı

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.

Qaynarinfo "axşam.az"a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:

"Bu çətin zamanda soydaşlarımızın acısını paylaşaraq vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Acınız acımızdır Türkiyə".

O bildirib ki, 15-16 fevral tarixlərində Heydər Əliyev Mərkəzində planlaşdırılan konsert martın 25-i və 26-sında keçiriləcək.

Satılmış bütün biletlər mart ayı üçün etibarlıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->