Xəbər lenti

Əziz Məmiyev aksiyadan sonra həbs edildi
Ölkə15:25 20.07.2022

Əziz Məmiyev aksiyadan sonra həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün bir qrup şəxs Nazirlər Kabinetinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. 
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Qaynarinfo-ya bildirib ki, aksiya keçirməyə cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb:
"Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib. 
O, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.