Xəbər lenti

“Facebook” “WhatsApp”ı aldı
Ekonomiks05:40 20.02.2014

“Facebook” “WhatsApp”ı aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Facebook” rəhbərliyi bunun üçün 19 milyard dollar verib

Dünyada ən çox istifadəçiyə malik olan sosial şəbəkə “Facebook” “WhatsApp” messencerini aldı. “Facebook” rəhbərliyi bunun üçün 19 milyard dollar verib.

Keçən ilin sonlarında “WhatsApp” istifadəçilərinin sayı 400 milyonu keçmişdi. Bu da messenceri bu tipli digər proqramlara rəqib etmişdi.

Qeyd edək ki, ““WhatsApp” 2009-cu ildə “Yahoo” əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu proqramı smartfonların əsas əməliyyat sisteminə yükləmək olur. // ANS PRESS