Xəbər lenti

“Facebook”da hamı bundan danışır
İdman04:28 01.07.2014

“Facebook”da hamı bundan danışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Facebook"da rekord göstərici qeydə alınıb

Braziliyada keçirilən futbol üzrə 2014-cü il Dünya Çempionatı 1 milyard dəfədən çox müzakirə edilərək, "Facebook" tarixinin ən çox danışılan mövzusu olub.

ANS PRESS-in məlumatına görə, komandaların 1/4 finala çıxma mübarizəsi zamanı sosial şəbəkədə paylaşılan məzmunlar, bəyənmələr və onlara yazılan rəylər nəticəsində "Facebook"da rekord göstərici qeydə alınıb.

"Facebook"dan verilən açıqlamada, 12-29 iyun tarixləri arasında DÇ ilə əlaqədar 220 milyon istifadəçi tərəfindən paylaşım, bəyənmə və rəy yazılaraq müzakirə edilib.

Şənbə günü oynanılan Braziliya-Çili qarşılaşmasında isə 31 milyon istifadəçi 75 milyon qarşılıqlı müzakirə həyata keçiriblər.

İyulun 13-də keçirilməsi planlaşdırılan DÇ-nin final matçında isə daha yüksək bir nəticə gözlənilir.

Qaynar.info