Xəbər lenti

“Facebook”da mühüm yenilik
Ekonomiks04:52 13.06.2013

“Facebook”da mühüm yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heşteglərlə axtarış sistemi istifadəyə verildi

"Facebook İnc” sosial şəbəkəsi heşteglərlə axtarış sistemini istifadəyə verib. Bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

"Bu gündən "Facebook”da "İnstagram”, "Twitter”, "Tumblr” və "Pinterest”də olduğu kimi heşteglərdən istifadə edə bilərsiniz”, - press-relizdə bildirilir.

Heşteg əvvəlində "#” işarəsi olan və bitişik yazılan söz və ya frazadır. Heşteg üzrə axtarış zamanı digər istifadəçilərin sizi maraqlandıran mövzu ilə bağlı yazdıqlarını görə bilərsiniz.

"Facebook”un "Twitter”lə artan rəqabətlə əlaqədar heşteglər üzərində işlədiyi barədə məlumatı hələ martda "Wall Street Journal” qəzəti yazmışdı. Ekspertlərin fikrincə, heştegləri istifadəyə verməklə bu sosial şəbəkə daha çox istifadəçi qazanacaq.

Anspress