Xəbər lenti

“Facebook”da yenilik: eyni anda... - VİDEO
Ekonomiks18:53 23.12.2016

“Facebook”da yenilik: eyni anda... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Facebook” yeni funksiyası ilə növbəti dəfə gündəmə gəlib. Sosial şəbəkə nəhəngi Messenger tətbiqinə birdən çox istifadəçiylə görüntülü danışma xüsusiyyətini əlavə edib.
“Facebook” nümayəndələrinin sözlərinə görə, hər ay 245 milyon istifadəçi görüntülü zəng funksiyasından istifadə edir. Lakin indiyə qədər yalnız bir şəxslə danışmaq mümkün idi. Bundan sonra istifadəçi eyni anda bir neçə şəxsi öz söhbətinə qata biləcək.
Sözügedən funksiyanı hal-hazırda iOS-larda icra etmək mümkündür. Android platformalı telefonlarda isə onun nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.(atv.az)
Qaynarinfo.Az