
Müsavat Pariyasının üzvü Hakim Məmmədovun ailəsinə təzyiqlər olunur. Bu barədə Qaynar.info-ya hazırda Belçikada yaşayan H.Məmmədov məlumat verib.
“Mən “facebook”-da «Hakim Musavat Belgium» adı ilə statuslar yazıram. Hakimiyyətin siyasətini sərt tənqid edirəm. Yaxınlarıma təzyilər edirlər ki, Hakimə deyin bir də hökuməti tənqid etməsin. Yoxsa yaxınlarını həbs edəcəyik”, – deyə H.Məmmədov qeyd edib.
Müsavatçı əlavə etdi ki, onun özünün də Azərbaycana gəlməsi risklidir: “Azərbaycana getməyə qorxuram. Bilirəm ki, sosial şəbəkələrdəki fəallığıma görə, mənə təzyiq edəcəklər, həbs oluna bilərəm”.
Qaynar.info