XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Facebook”un işində problem yarandı
Texnologiya17:42 25.01.2020

“Facebook”un işində problem yarandı

Dünyanın bir sıra ölkələrinin "Facebook” istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.
"Report” xəbər verir ki, bu barədə məşhur internet-resurslarda nasazlıqları izləyən "Downdetector” saytı məlumat yayıb.
Portalın məlumatına görə, problemlər təxminən Bakı vaxtı ilə saat 16.00-da yaranıb. Nasazlıqlar daha çox ABŞ-da, Fransada, Polşada, Belçikada və Böyük Britaniyada qeydə alınıb. 
"Downdetector”un məlumatına görə, istifadəçilərin 69%-i xəbər lentində problemlərlə qarşılaşıblar, istifadəçilərin 15%-i sosial şəbəkənin fəaliyyətsizliyindən şikayət ediblər.
Qeyd edək ki, Azərbaycanda da "facebook” istifadəçiləri sosial şəbəkənin fəaliyyətində problemlərlə üzləşiblər.