Xəbər lenti

Fahişəxana söhbətinə görə Aygün Kazımovadan üzr istədi - VİDEO
Maqazin07:16 15.10.2014

Fahişəxana söhbətinə görə Aygün Kazımovadan üzr istədi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açması haqda ANS-in "Salam Azərbaycan" verilişində məlumat verilməsi haqda xəbər vermişdik.

“Qafqazinfo”nun məlumatına görə, bu gün canlı yayımda teleaparıcı Aytən Səfərova xəbərin yanlış olduğunu və xalq artisti Aygün Kazımovadan üzr istədiyini bildirib: “Aygün Kazımova haqda xəbərdə yanlışlığa yol vermişdik. Ondan üzr istəyirəm. Söhbət modaçı Ramazadan gedirmiş, o tanınmasa da, Türkiyədə əli ətəyindən uzun qayıdan müğənnilərdən fərqli olaraq, Kazımova kifayət qədər tanınır. Bu xəbərdə söhbət Aygün Kazımovadan deyil, yanındakı, Türkiyədə məşhur olan şəxsdən, Ramazadan gedir. Xalq artisti Aygün Kazımovanın bu hadisəyə aidiyyatı yoxdur”.

Qaynar.info