
Faiq Ağayev: “Ermənilər 4 günlük müharibənin heyfin çıxmaq istəyirlər”
Xalq artisti Faiq Ağayev “Eurovision 2016”da ölkəmizi təmsil edən və finala vəsiqə qazanan Səmra Rəhimli haqda fikirlərini Qaynarinfo.az-la bölüşdü. Ağayev Səmranın xalqımızın dəstəyinə ehtiyac duyduğunu söylədi:
“Səmraya indi yanlız Azərbaycanın dəstəyi gərəkdir. O yarışmada özünü yox Azərbaycanı təmsil edir. Onun geyiminə, yaxud naxoş olduğu vaxtda məşqdə etdiyi bəzi qüsurlara fikrimizi yönəltməməliyik. O qız orda tənhadır və ən çox bizim dəstəyimizə ehtiyacı var. Səmraya ancaq uğurlar arzu edirəm və əminəm ki, o finalda da möhtəşəm performans göstərəcək”
Xalq artisti, “Qızıl Şlyager” Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirməsinə münasibət bildirdi.Ağayev bu məsələlərə qarşı hər kəsi qətiyyətli olmağa çağırdı:
Bu millət yenə də öz iç üzünü göstərdi. Onların hərəkəti dünən məni çox sarsıtdı. Ermənilərin bu qanun pozuntusuna bizim Milli Eurovision komandamız, Azərbaycan səfirliyi, Xarici İşlər Nazirliyi kəskin etirazlarını bildirməlidir. Onlar 4 günlük müharibənin heyfini çıxmaq istəyirlər. Biz isə bütün bu məsələlərə qarşı kəskin etirazımızı bildirib qətiyyətli olmalıyıq.Yəqin ki, o qondarma bayrağa görə mütləq cəzalandırılacaqlar. Ancaq, əfsus ki yarışmadan xaric edilmələrini gözləmirəm”.
Rəvan Nasiroğlu
Qaynarinfo.az

