
“Azadlıq” qəzetinin maliyyə direktoru, “Gülənçi” ittihamı ilə həbs edilən Faiq Əmirlinin müdafiəsinə daha bir vəkil qoşulub.
Qaynarinfo.Az xəbər verir ki, vəkil Fəxrəddin Mehdiyev Faiq Əmirlinin ailə üzvləri ilə müqavilə bağlayıb.
F.Əmirli 2016-cı il avqustun 20-də yaşadığı binanın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.Ona qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.
Avqustun 15-də Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb.
Jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etmir, bunu siyasi sifariş adlandırır.
Aydın
Qaynarinfo.Az