Xəbər lenti

Fantastik filmlər gerçəyə dönür - İnsanlar gözəgörünməz olacaqlar
Ekonomiks19:00 09.07.2016

Fantastik filmlər gerçəyə dönür - İnsanlar gözəgörünməz olacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elmi-fantastik əsərlərdə görünməz adamlar və əşyalar fenomeni artıq gerçək həyata da sirayət edəcək. 
Qaynarinfo.az moderator.az-a istinadən xəbər verir ki, elm adamları ilk dəfə olaraq üçölçülü bir əşyanı görünməz şəklə sala biliblər. Texas Universitetinin alimləri 18 sm-lik silindr formalı borunu görünməz edə biliblər. 
Dünya miqyasında xeyli alim obyektləri görünməz etmənin yolları haqqında düşünüblər. Burada əsas proses süni maddələrdən istifadə etməklə obyektin ətrafındakı işıq qırılmalarını  yaratmaqdır. Bu yolla tədqiqatçılar ikiölçülü obyektləri görünməz hala gətirməyi bacarıblar. Texas Universitetinin alimləri isə ilk dəfə olaraq üçölçülü obyektlər üzərində bu üsulu sınadılar. Müsbət sonluqla nəticələnən sınaq müddətində alimlər işığın tərkibinin dəyişməsi ilə obyektin görünməz hala gəlməsini yoxlayıblar.
Qaynarinfo.az