860 min nəfər üzvü olan Azərbahcanın ən böyük facebook səhifələrindən biri - "Azerbaycan-Azerbaijan" səhifəsində parlament seçkiləri ilə bağlı keçirilən ən son online səsvermə də başa çatdı.
Bu səsvermədə Azərbaycanın ən tanınmış gənc mühəndislərindən olan Fariz Həsənli 110 saylı Zaqatala Seçki Dairəsi üzrə 83% səs toplayaraq keçmiş deputat Elşən Musayevə qalib gəlib.
Qaynarinfo sfera.az-a istinadən 110 saylı Zaqatala Seçki Dairəsinin qalibi Fariz Həsənlini oxuculara daha yaxından tanıtmaq məqsədilə onun tərcümeyi-halından bəzi məqamları təqdim edir:
Fariz Həsənli "Afgan Holdinq”in vitse-rezidenti olub. Eyni zamanda onun informasiya texnologiyaları sahəsində start-up layihələri rəğbət qazanıb. Onun start-up layihələri beynəlxalq jürilər tərəfindən müsbət səciyyələndirilir.
Fariz Həsənli bir çox böyük dövlət və özəl proqram təminatı layihələrinə rəhbərlik edib. Belə ki, Fövqladə Hallar Nazirliyinin Maliyyə, statistika, insan resursları və dövlət yanğın nəzarəti xidmətinin sisteminin avtomatlaşdırılmasına rəhbərlik edib. Eyni zamanda nazirliklərarası məlumat mübadiləsini həyata keçirən layihənin rəhbəri olub.
Fariz Həsənli Azərbaycanda tanınmış kompüter mühəndislərindən biridir. Minlərlə gənc tələbələr arasında Fariz Həsənlinin keçdiyi informasiya texnologiyaları təlimləri məşhurluq qazanıb.
Fariz Həsənli Zaqatalalı ziyalı ailənin övladıdır və mərhum atası Ramazan Həsənov Zaqatalalıların sevdiyi həkim olmaqla yanaşı, bir müddət baş həkim olaraq da çalışıb.
Fariz Həsənli çıxışlarında bildirib ki, o Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevanın islahat çağırışlarını dəstəkləyir və özü də əməli olaraq bu islahatlara dəstək olmaq üçün seçkilərə qoşulub.