Xəbər lenti

Faşizm üzərində qələbə Gəncədə də qeyd olundu
Ölkə09:50 09.05.2014

Faşizm üzərində qələbə Gəncədə də qeyd olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Faşizm üzərində tarixi qələbənin 69-cu ildönümü Gəncədə də təntənə ilə qeyd edilib. 

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı qarşısına yüzlərlə insan, eləcə də ikinci dünya müharibəsinin od-alovundan qəhrəmanlıqla keçmiş və sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları toplaşıblar. 

Onlar ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışaraq hər il onların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə birdəfəlik yardımın, eləcə də pulsuz mənzil və avtomaşınların verilməsini yüksək dəyərləndirərək bütün bunlara görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edirdilər.

Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanı İsarafil Məmmədovun abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar. 

Əsgərlərin havaya açdıqları yaylım atəşindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev veteranlarla görüşüb söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır. Şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə minnətdarlıq edən müharibə veteranları arzu və təkliflərini də bildiriblər.

Sonra "Şahin" hərbi idman oyunlarında iştirak edən məktəblilərin paradı olmuşdur. Paraddan sonra Xan bağında şəhər uşaq yaradıcılıq mərkəzi üzvlərinin qəhrəmanlıq və vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Qaynar.info