
Futbol üzrə Türkiyə yığmasına "Qalatasary" klubunun hazırki baş məşqçisi Fatih Terimin gətirləcəyi bildirilir.
Qaynar.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yayılan məlumatda qeyd olunur ki, bir neçı gün əvvəl Türkiyə Futbol Federasiyasında keçirilən toplantı zamanı Terimin yığmaya rəhbərlik etməsi məsələsi qaldırlıb. Toplnatıda indiki baş məşqçi Abdullah Avcının rəhbərliyi alrında olan yığmanın zəif nəticə göstərdiyi, bu səbəbdən onun yığmadan uzaqlaşdırılması məsələsi qaldırılıb.
Ondan sonra milliyə kimin rəhbərlik edəcəyi məsələsində Federasiya ən çox Fatih terim və Mustafa Dənizli variantlarının üzərində dayanıb. Fatih Terimin həm "Qalatasaray", həm də millidə işləyə biləcəyi müzakirə olunub.
Qaynar.info