Xəbər lenti

Fatima Boş Fernandez
Video 13:25 21.11.2025

Fatima Boş Fernandez "Kainat Gözəli" seçildi (VİDEO)

Meksikalı Fatima Boş Fernandez "Kainat Gözəli 2025" tacını qazanıb. 

Qaynarinfo xəbə verir ki, "Kainat Gözəli 2024"ün danimarkalı qalibi Viktoriya Teylviq tacı dünyanın yeni ən gözəl qadınına təqdim edib. 

Tailandlı Vina Pavina Sinq vitse-miss seçilib, Venesuela və Filippindən olan iştirakçılar isə üçüncü və dördüncü yerləri tutub.

"Kainat Gözəli"nin finalı 21 noyabr səhəri Banqkokdakı IMPACT Konqres və Sərgi Mərkəzində baş tutub. Müsabiqədə ümumilikdə 136 ölkə iştirak edib ki, bu da "Kainat Gözəli" müsabiqəsinin tarixində rekord göstəricidir.

Fatima Boş Fernandez 19 may 2000-ci ildə Tabasko ştatının Villahermosa şəhərində anadan olub. "Hola!"ya görə, ona altı yaşında disleksiya və diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (ADHD) diaqnozu qoyulub. 17 yaşında Flor Tabasko gözəllik kraliçası olub. O, Mexiko şəhərindəki İberoamerikan Universitetində moda və moda dizaynı üzrə dərəcə alıb, həmçinin Milandakı Yeni İncəsənət Akademiyasında təhsil alıb. Hazırda eko-moda sahəsində çalışır. Doqquz ildən çoxdur ki, xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara kömək edərək könüllü fəaliyyət göstərir və hər il Tabaskodakı onkologiya mərkəzində Milad oyuncaqları kampaniyası təşkil edir.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->