Xəbər lenti

Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxıldı (YENİLƏNİB)
Ölkə 17:45 29.05.2024

Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxıldı (YENİLƏNİB)

Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.

Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.

16.20
 
Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report”a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

"İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->