Xəbər lenti

Fəaliyyət göstərən və göstərməyən, qeydiyyatı ləğv olunan, adı dəyişdirilən partiyalar (SİYAHI)
Siyasət12:47 08.09.2022

Fəaliyyət göstərən və göstərməyən, qeydiyyatı ləğv olunan, adı dəyişdirilən partiyalar (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanın siyasi spektrində birmənalı qarşılanmayıb. 
Qaynarinfo xəbər verir ki, ölkənin müxtəlif siyasi qrupları yeni qanun layihəsindəki bəzi müddəaları qəbulediməz hesab edir. Xüsusilə,  qanunun 5.1 (Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir) və 6.1-ci (Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır) maddələri ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlik addım kimi qiymətləndirilir.
Lakin layihənin bu maddələrini müdafiə edənlər də var. Onların fikrincə, bu maddələr partiya qurmaq işinin ciddiyyətini artıracaq və təsadüfi adamların siyasi cameəyə axının qarşısını alacaq. 
Bəs Azərbaycanda bu günə qədər neçə partiya qeydiyyatdan keçib? 
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə, bu günə qədər Azərbaycanda 55 partiya qeydiyyata alınıb. Lakin bu köhnə statistikadır. Çünki siyahıda olan bəzi partiyaların artıq qeydiyyatı yoxdur. Nümunə kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adını çəkmək olar. 
Digər tərəfdən, hakimiyyət 2018-ci ildə islahatlara başladığını elan edəndən sonra bir neçə partiya təsis edilib. Həmin partiyalar artıq qeydiyyata alınıb. Lakin MSK-nın siyahısında bu partiyaların adları qeyd olunmayıb.
Bizim araşdırmalarımız zamanı bəlli olub ki, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 58 partiya mövcuddur. Həmin partiyaları təqdim edirik:
Milli İstiqlal Partiyası 
Yeni Yol Partiyası 
Ana Vətən Partiyası
Milli Demokratik İdrak Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Müsavat Partiyası
Birlik Partiyası
Yeni Azərbaycan Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
Ağ Partiyası
Milli Həmrəylik Partiyası
Müstəqil Azərbaycan Partiyası
Ümid Partiyası
"Qorqud" Partiyası
Kommunist Partiyası
Milli Dövlətçilik Partiyası
Vətənpərvərlər Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Demokratik Maarifçilik Partiyası
Sosial Rifah Partiyası
Liberal Partiyası
Sosial Demokrat Partiyası
Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Milli Konqres Partiyası
Vəhdət Partiyası
Respublikaçılar Partiyası
Xalq Partiyası
Liberal Demokrat Partiyası
Demokrat Partiyası
"Azərbaycan Mübarizləri" Partiyası
Ədalət Partiyası
"Milli Vəhdət" Partiyası
Müasir Müsavat Partiyası
Azad Respublikaçılar Partiyası
Böyük Quruluş Partiyası
Azadlıq Partiyası
Demokratik İslahatlar Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Tərəqqi Partiyası
Böyük Azərbaycan Partiyası
Təkəmül Partiyası
Vətəndaş Birliyi Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Milli Demokrat Partiyası
Aydınlar Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Yeni Zaman Partiyası
Azad Demokratlar Partiyası
Cümhuriyyət Xalq Partiyası
Müstəqil Xalq Partiyası
Milli Cəbhə Partiyası
Respublikaçı Alternativ Partiyası
Gələcək Azərbaycan Partiyası
Haqq Ədalət Partiyası
Yüksəliş Partiyası
Azad Vətən Partiyası
Siyahıda olan patiyalardan bəzilərinin sədrləri dünyasını dəyişib. Bundan sonra həmin partiyaların fəaliyyəti ümumiyyətlə hiss olunmayıb.  Nümunə kimi Müstəqil Azərbaycan və Azərbaycan Vahid Kommunist partiyalarını göstərmək olar. 
Müstəqil Azərbaycan Partiyasının qurucusu və sədri Nizami Süleymanov olub. O, 1992 və 1998-ci ildə keçirilən prezident seçkilərində namizəd kimi iştirak edib. 2016-cı ildə dünyasını dəyişib.
Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tukanov isə 2019-cu ildə vəfat edib.
Bir neçə partiyanın isə adı dəyişdirilib. Həmin partiyalar aşağıdakılardır:
Bozqurd Partiyası - Milli Demokrat Partiyası
Açıq Cəmiyyət Partiyası - Azad Demokratlar Partiyası
Vahid Azərbaycan Partiyası - Ağ Partiya
Demokratik Azərbaycan Dünyası Partiyası - Milli Həmrəylik Partiyası
Dirçəliş və Tərəqqi Partiyası - Yeni Yol Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının qeydiyyatı separatçılıq səbəbi ilə 1993-cü ildə, Bozqurd Partiyasının qeydiyyatı etnik ayrıseçkilik səbəbi ilə 1995-ci ildə, İslam Partiyasının qeydiyyatı isə casusluq səbəbi ilə 1995-ci ildə məhkəmənin qərarı ilə ləğv edilib. 
Hümmət Partiyası, Yaşıllar Partiyası və Namus Partiyası fəaliyyətini dayandırıb.
Bundan başqa digər partiyalarla birləşməklə faəliyyətinə son verən partiyalar da var. Məsələn, Azərbaycan Ana Torpaq Partiyası və Doğru Yol Partiyası 1995-ci ildə Müsavat Partiyasına, Demokratik Azərbaycan Partiyası 1998-ci ildə, Demokratik Yol Partiyası isə 2000-ci ildə Demokrat Partiyasına, Demokratik Sahibkarlar Partiyası, Xalq Demokratik Partiyası, Kəndli Partiyası, Milli Hərəkat Partiyası, Yurddaş Partiyası, Milli Qurtuluş Partiyası isə 2021-ci ildə Yeni Azərbaycan Partiyası ilə birləşib. 
Seyid