
Üzgüçülük üzrə 22 qat Olimpiya çempionu Maykl Felpsin çıxışı ABŞ-ın Baltimor şəhərində futbol matçının yayımının yarımçıq kəsilməsinə səbəb olub.
Qaynarinfo.Az xəbər verir ki, "Baltimor Reyvens" və "Karolina Panters" arasında keçirilən Amerikan futbolu matçı yarımçıq dayandırılıb və bu zaman stadionun böyük ekranında yayım Felpsin yarışına keçirilib.
Felps isə 200 metrə qarışıq üslubda üzgüçülükdə 22-ci dəfə Olimpiya çempionu olub.
Qeyd edək ki, amerikalı Maykl Felps ümumilikdə 26 dəfə (22 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanmaqla Olimpiya rekordçusudur.
Qaynarinfo.Az