Xəbər lenti

"Fənərbağça" yeni transferini açıqladı
İdman08:35 13.07.2022

"Fənərbağça" yeni transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fənərbaxça” "Flamenqo”da çıxış edən 30 yaşlı braziliyalı yarımmüdafiəçi Villian Arao ilə anlaşdığını rəsmən açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, bir müddətdir sarı-göylülərin gündəmində olan Arao ilə razılıq əldə olunub. 
Araonun Türkiyəyə gəldikdən sonra sağlamlıq yoxlamasından keçəcəyi və daha sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Bu transfer müqabilində Türkiyə klubu "Flamenqo”ya 3 milyon avro ödəyəcək. Ödəniş 3 hissəyə bölünəcək.
Səbuhi Həsənov