
Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli tutduğu vəzifədən istefa verib. Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir. Məlumata görə, S.Həsənli “Facebook” profilində istefasını şəxsi problemləri ilə əlaqələndirsə də, Fərəc Quliyevlə onun arasında maddi baxımdan narazılıq yarandığı göstərilir.
Millət vəkili Fərəc Quliyev isə Qaynar.info-ya açıqlamasında bildirib ki, Seymur Həsənli vəzifəsindən istefa verməyib, azad olunub: "Bir həftə olar ki, Seymur Həsənli vəzifəsindən uzaqlaşdırılıb. Yəni özü istefa verməyib, sadəcə vəzifəsindən azad olunub. Bu barədə mətbuatda da məlumata gedib".
Deputat mövzu ilə bağlı digər iddiaları isə təkzib edib.
Qaynar.info