Xəbər lenti

Fərhad Əliyev Londondan Cəlilabada gəldi
Ölkə07:06 21.01.2015

Fərhad Əliyev Londondan Cəlilabada gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev qardaşının dəfnində iştirak etmək üçün Londondan Azərbaycana gəlib. Bu barədə azvision.az-a sabiq nazirin yaxınları məlumat verib. 
Bildirilib ki, F.Əliyev hazırda qardaşı Sudeifin dəfn mərasimində iştirak etmək üçün Cəlilabad rayonunun Alar kəndindədir: “Fərhad Əliyev hazırda kənddədir. O, qardaşının dəfn mərasimində iştirak edir. Mərasimə gələnlərin başsağlığını qəbul edir. Mərhum dünən dəfn olunub. Bu gün isə qəbri ziyarət olacaq. Fərhad müəllim də ziyarətə gedəcək”.
Qeyd edək ki, Əliyevlər ailəsinə ağır itki üz verib. Belə ki, F.Əliyevin balaca qardaşı Əliyev Sudeif Şölət oğlu ötən gün qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.
Qaynar.info