Xəbər lenti

Fərhad Məmmədov Danielyanın “ruslar orada nə etməlidir” fikrini şərh etdi
Siyasət14:20 03.09.2021

Fərhad Məmmədov Danielyanın “ruslar orada nə etməlidir” fikrini şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"4 ildən sonra kimsə hər hansı bir məsələdən Azərbaycana qarşı istifadə etmək istəsə belə, onu həyata keçirə bilməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov erməni politoloq Stepan Danielyanın "Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısa, o zaman "ruslar orada nə etməlidir” sualı yaranacaq. Əlbəttə ki, belə halda ruslar getməlidirlər, çünki Azərbaycan sülhməramlıların statusunu tanımayıb” fikrinə münasibət bildirərkən deyib. 
Politoloq bildirib ki, 4 ildən sonra bölgədə Azərbaycanın xeyrinə olmaqla tamamilə fərqli mənzərə yaranacaq: 
"Müharibənin nəticəsi olaraq Azərbaycan strateji təşəbbüslərə malikdir. Ona görə də kimin hansı marağı olur-olsun, 4 ildən sonra vəziyyət Azərbaycanın maraqlarına uyğun tamamilə fərqli olacaq. Həmin zona tam olaraq Azərbaycan Ordusunun mühasirəsində olacaq. Azərbaycan əhalisi ora köçəcək və belədə demoqrafik baxımdan daha üstün olacağıq”. 
Həmsöhbətimiz qeyd etdi ki, Moskva hər zaman konfliktin idarə olunmasında maraqlı olub: 
"Rusiya sülhməramlılarına gəldikdə, bu məsələdə Azərbaycanın mövqeyi hamıya bəllidir. Sülhməramlılar müvəqqətidir, 5 il müddətinə gəliblər. Əsas vəzifələri də Qarabağdakı əhalinin təhlükəsizliyini qorumaqdan ibarətdir. Lakin üçtərəfli bəyanatda imzalanan bir sıra məqamlar bu günə qədər həyata keçməyib. Rusiya 30 il ərzində münaqişənin idarə olunması prosesində fəal iştirak edib. Amma nəticədə müharibə başladı və Rusiyanın imici Azərbaycan və Ermənistanda aşağı düşdü. Moskvanın indiki fəaliyyəti də ona bölgədə heç bir xal qazandırmır”. 
Rüfət Sultan