Xəbər lenti

Fermerlər keçi saxlamağa niyə maraq göstərmir? (ŞƏRH)
Ekonomiks 21:23 18.01.2024

Fermerlər keçi saxlamağa niyə maraq göstərmir? (ŞƏRH)

"Hazırda ölkədə qoyunların sayı azalıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda qoyun və keçilərin sayının az olma səbəini izah edərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycanda xırda buynuzlu heyvan qismində qoyun əti daha populyardır:

"İnsanların böyük əksəriyyəti keçi ətinin iyindən, dadından xoşu gəlmir. Keçi əti qoyun ətindən insan orqanizmi üçün daha faydalıdır. Keçi ətində vitamin bolluğu var. Amma məsələ burasındadır ki, sahibkar həmişə bazarın təlabatına köklənir. Məsələn, bu gün quzu əti 18-20 manatdır, keçi əti isə 15-16 manata təklif olunur. İllik keçi ətinin bir kilosu 12 manata təklif olunur. Bu onunla əlaqədardır ki, keçini hər adam almır. Alıcının təlabatına uyğun olaraq keçi sayı az olub. Biz kənddə böyümüşük. Baxırdın ki, 100 qoyunun arasında bir keçi var. Bu həmişə belə olub". 
 


Ekspert bildirib ki, keçi əti mövsümlə yeyilir:

"Yay aylarında keçi ətinə tələb daha da azalır, iyi kəskin olur. Qış aylarında isə ona tələb artır. Bu digər heyvanlarda da belədir. Saylar təlabata uyğun olaraq balanslaşıb. 7 min qoyun da çox deyil. Azərbaycanın qoyuna olan təlabatı 7 deyil, hardasa 9 milyona yaxındır. 8 milyon 500 min qoyun yetişsə, bu Azərbaycanın təlabatının 40% yaxınını ödəyər. Qalan hissəsini isə iribuynuzlu heyvanlar ödəyə bilir". 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 7 milyon 81 min 200 qoyun və keçi var. Onun 81 min 200-ü keçi, 7 milyonu təmiz qoyundu. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->